10 min manatlıq mal-qara oğurlayanlar saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

10 min manatlıq mal-qara oğurlayanlar saxlanıldı - Foto

Kriminal

02 Sentyabr 2020 10:40 968


İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Qəzli və Quşencə kənd sakinləri olan 4 nəfər onlara məxsus iribuynuzlu mal-qaranın oğurlanması barədə məlumat veriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan 7 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrəfil Alızadə olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!