10 min manatlıq oğurluq etdi, saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

10 min manatlıq oğurluq etdi, saxlanıldı - Foto

Kriminal

15 May 2020 17:03 861


Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxs pəncərədən içəri daxil olaraq oradan kompüter avadanlıqları və müşahidə kamerasının yaddaş blokunu oğurlayıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, Ağdaş rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Habil Seyidov saxlanılıb.  Toyuqlu pizza

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən “Rus Dili Mərkəzi”ndən, həmçinin 3 kafe və 1 “play station” salonundan ümumilikdə 4 televizor, oyun aparatları və sair qiymətli əşyalar oğurladığı məlum olub. Habil Seyidov zərərçəkən obyekt sahiblərinə ümumilidə 10 000 manata yaxın maddi ziyan vurub.

Qeyd edilən xüsusatlarla saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayətlər törətməkdə şübhəli bilinən Habil Seyidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!