Zaqatala rayonunda “Hope Lake” istirahət mərkəzinin rəhbəri, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkaralıq) maddəsi ilə təqsirləndirilən Elman Yüzbaşev Zaqatala Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
“Yeni Sabah”ın məlumatına görə, məhkəmə prosesi Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun icraatına verilib.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayının 21-də Zaqatala şəhəri, 28 May küçəsi, ev 75 ünvanında yerləşən “Hope Lake” istirahət mərkəzində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə və daha 3 nəfər zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Məlum olub ki, Zaqatala RMX-nin yoluxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər “Hope Lake” ailəvi istirahət mərkəzində olublar və orada qidalanıblar. Cinayət işi üzrə 10 nəfər zərərçəkən şəxs qismində tanınıb. pizza
Azər İsrafilov
Telegram kanalımız