10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən şəxsin məhkəmədən görüntüsü yayıldı

saytların hazırlanması

Evə çatdırılma

10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən şəxsin məhkəmədən görüntüsü yayıldı

Kriminal

18 May 2021 10:25 1681


Xəbər verdiyimiz kimi dünən Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun məhkəməsi başlayıb.

Unikal.org xəbər verir ki, İ.Süleymanovun məhkəmədən görüntüləri yayılıb. 

Qeyd edək ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Marqarita pizza

İttiham aktında qeyd olunub ki, Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Növbəti məhkəmə prosesi iyunun 1-nə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!