100 yaşı vardı, yağış aşırdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

100 yaşı vardı, yağış aşırdı - Fotolar

Rəsmi

29 İyul 2021 08:45 1020


Aramsız yağışlar Şəkidə fəsadlara yol açıb. 

“Yeni Sabah” spitnik.az-a istinadən xəbər verir ki, şəhərin “Dağ Dibi” məhəlləsində, Koroğlu 24 ünvanında, Rəşad Cəfərova məxsus fərdi yaşayış evinin həyətində olan irigövdəli ağac aşıb. Yarımçıq tikilinin üzərinə aşan ağac onu uçurub. Həmçinin, həyətlərarası və yol kənarındakı divarlar dağılıb.

Sakinlərin sözlərinə görə, gövdəsinin diametri bir, çətirinin diametri isə 10 metrdən böyük olan bu ağacın yüzdən artıq yaşı var. Yerli əhali bu ağacı ziyarətgah kimi qəbul edərək ona dualarının qəbul olması niyyəti ilə müxtəlif parçalar da bağlayırmış. Marqarita pizza

Sakinlər bildiriblər ki, hər gün bu ağacın kölgəsində bir neçə avtomobil olurdu. Bu gün hava yağışlı olduğundan heç kəs ağacın altında maşın saxlamayıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan da olmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!