1000 kilometr sürətlə YERƏ YAXINLAŞIR -   Əhaliyə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

1000 kilometr sürətlə YERƏ YAXINLAŞIR - Əhaliyə XƏBƏRDARLIQ

Sosial

02 İyun 2025 09:00 493


Yer kürəsi yaxın günlərdə yeni geomaqnit fəallığı ilə üz-üzədir.

Yenisabah.az xəbər verir ki, mütəxəssislərin verdiyi məlumata görə, geomaqnit qasırğası Yerə saniyədə 1000 kilometr sürətlə yaxınlaşır. Bu hadisə Günəşdə baş verən güclü partlayışlarla əlaqələndirilir və bir neçə gün ərzində öz təsirini göstərəcək.

Hesablamalarına əsasən, iyun ayında geomaqnit qasırğalarının güclü olacağı günlər aşağıdakılardır: pizza mizza

4 iyun – orta güclü qasırğa (G1 səviyyəsi)

5 iyun – güclü qasırğa (G2 səviyyəsi)

6 iyun – maksimum güclü təsir gözlənilir (G3 səviyyəsi)

11 iyun – zəif, lakin hiss edilə bilən təsir

17 və 18 iyun – yenidən güclənmə dalğası ehtimal olunur

Geomaqnit qasırğaları xüsusilə meteohəssas insanlarda yorğunluq, baş ağrısı, yuxusuzluq, ürək döyüntülərinin artması kimi əlamətlərə səbəb ola bilər. Həmçinin, rabitə və GPS sistemlərində qısa müddətli nasazlıqlar yaşana bilər.

Mütəxəssislər bu günlərdə daha çox dincəlməyi, bol su içməyi və stresdən uzaq durmağı tövsiyə edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!