105 min dollara “qızıl pasport” -   ÜSTÜNLÜKLƏR

saytların hazırlanması

Evə çatdırılma

105 min dollara “qızıl pasport” - ÜSTÜNLÜKLƏR

Dünya

27 Fevral 2025 10:44 254


Sular altında qalma təhlükəsi ilə üzləşən Nauru ada dövləti maliyyə mənbəyi yaratmaq üçün vətəndaşlıq satışına başlayıb.

Yenisabah.az xəbər verir ki, 13 min nəfərlik əhalisi olan ada ölkəsi iqlim dəyişikliyi səbəbindən yüksələn dəniz səviyyələrinin sahil bölgələrini məhv etdiyini və əhalinin daha hündür yerlərə köçürüləcəyini elan edib. Rəsmi şəxslərin açıqlamasına görə, əhalinin 90 faizinin iç bölgələrə yerləşdirilməsi planlaşdırılır.

105 min dollara Nauru pasportu Dominos pizza

Maliyyə çətinliklərini aradan qaldırmaq üçün hökumət 105 min ABŞ dolları müqabilində xaricilərə vətəndaşlıq verməyə başlayıb. “Qızıl pasport” adı verilən bu proqram çərçivəsində İngiltərə, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Honq Konq da daxil olmaqla 89 ölkəyə vizasız giriş imkanı təklif edilir.

İlk ildə 6 milyon dollar gəlir gözlənilir

Naurunun prezidenti David Adeanq  bu addımın yalnız iqlim dəyişikliyinə uyğunlaşma məqsədi daşımadığını, eyni zamanda, gələcək nəsillər üçün davamlı bir həyat təmin etməyə yönəldiyini bildirib.

Vətəndaşlıq proqramına rəhbərlik edən Edvard Klark, ilk il ərzində 6 milyon dollar gəlir əldə etməyi planlaşdırdıqlarını, gələcəkdə isə bu məbləğin 43 milyon dollara çata biləcəyini qeyd edib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!