11 ay nazir oldu, 14 il həbs cəzası aldı...

saytların hazırlanması

Evə çatdırılma

11 ay nazir oldu, 14 il həbs cəzası aldı...

Siyasət

26 Fevral 2020 14:12 2398


Dostlarının "dəlisov adam" kimi xarakterizə etdikləri sabiq daxili işlər nazir İsəndər Həmidov dünən gecə dünyasını dəyişib. Keçmiş nazir fevralın 26-da günorta saatlarında son mənzilə yola salınıb. Yenisabah.az bildirir ki, İsgəndər Həmidov 1948-ci il oktyabr ayının 4-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 1965-ci ildə Tərtər şəhərində orta məktəbi bitirib. İxtisasca hüquqşünas olan İsgəndər Həmidov uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Azərbaycan Xalq Hərəkatının liderlərindən biri, istiqlalçı deputatdır. İsgəndər Həmidov Qarabağ Müharibəsi iştirakçısıdır. 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə mina partlaması nəticəsində kürəyindən qəlpə yarası alıb. İsgəndər Həmidov kəşməkəşli ömür yolu keçib. AXC hakimiyyətə gələndən sonra ona yüksək etimad göstərilib. O, 1992-ci il may ayının 16-dan 1993-cü il aprel ayının 16-na kimi Azərbaycanın daxili işlər naziri olub. 1995-ci ildə "1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək" ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 8 illik məhbəs həyatından sonra 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb. 2003-2019-cu illərdə aktiv siyasi fəaliyyətlə məşğul olub. Allah rəhmət eləsin!
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!