11 ayda istehlakçılara 140 milyon manat ƏDV qaytarılıb

saytların hazırlanması

Evə çatdırılma

11 ayda istehlakçılara 140 milyon manat ƏDV qaytarılıb

İqtisadiyyat

11 Dekabr 2023 11:20 2434


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fiziki şəxs istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödədiyi əlavə dəyər vergisinin (ƏDV) 140 milyon 288 min manatı geri qaytarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Xatırladaq ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 %-ni, nağd ödənişlər üzrə 5 %-ni müvəkkil bank istehlakçılara geri qaytarır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!