11 COVID xəstəsi boğularaq öldü – Dəhşətli hadisə 

saytların hazırlanması

Evə çatdırılma

11 COVID xəstəsi boğularaq öldü – Dəhşətli hadisə 

Hadisə

10 Avqust 2021 17:12 1449


Rusiyanın cənubundakı Şimali Osetiya Respublikasında dəhşətli hadisə qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, paytaxt Vladikavkazdakı xəstəxanalardan birində oksigen stansiyasının borusu yırtılıb.

Hadisə nəticəsində 11 koronaviruslu xəstə həyatını itirib.  Marqarita pizza

Səhiyyə Nazirliyinin açıqlamasına görə, qəza zamanı 71 xəstə reanimasiyada olub və onlardan 13-ü “mexaniki ventilyasiya” ilə dəstəklənib. 

Ölən 11 xəstənin hamısı ventilyasiya ilə dəstəklənlər olub.

Son məlumata görə, Rusiya ordusunun Mazdok şəhərindəki hərbi hissəsindən Vladikavkazdakı xəstəxanaya 1,5 ton oksigen ehtiyatı göndərilib.

Rusiyanın İstintaq Komitəsi qəzadan sonra ölkədə təhlükəsizlik tələblərinə cavab verməyən və səhlənkarlıq nəticəsində ölümlə nəticələnən xidmətlərin aşkarlanması ilə bağlı cinayət işi açıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!