11 il gözlədi, dəhşətli qətl törətdi - Şabrandakı cinayətin   TƏFFƏRRÜATLARI+VİDEO

saytların hazırlanması

Evə çatdırılma

11 il gözlədi, dəhşətli qətl törətdi - Şabrandakı cinayətin TƏFFƏRRÜATLARI+VİDEO

Kriminal

12 Aprel 2020 21:20 2450


Ötən gecə Şabran rayonunun Zeyvə kəndində baş vermiş dəhşətli qətlin təfərrüatları məlum olub.

Yenisabah.az xəbər verir ki, kənd sakini 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu həmkəndliləri -1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirib. 

Yenicə həbsdən çıxmış N.İsmayılov 11 il əvvəl həyat yoldaşını M.Məmmədova qısqanıb. Qısqanclıq səbəbilə o, əvvəlcə öz həyat yoldaşını qətlə yetirib. Cinayətə görə 11 il həbs cəzası alan N.İsmayılov azadlığa çıxan kimi 11 il əvvəlki qısqanclığa görə daha iki nəfərin həyatına qıyıb. Toyuqlu pizza

Dünən gecə saatlarında M.Məmmədovun evinə gələrək onunla qapıda mübahisə edib. Daha sonra üstündə gətirdiyi ov tüfəngi ilə M.Məmmədovun əvvəl qarnına, daha sonra başına atəş açıb. Atəş səsinə çölə çıxan M.Məmmədovun anası İ.Mahmudovaya da başından atəş açaraq qətlə yetirib. 

Hər iki qətl hadisəsi M.Məmmədovun azyaşlı oğlunun gözü qarşısında baş verib. 

N.İsmayılov gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq  davam etdirilir.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!