11 sentyabr 2001-ci ildə baş verən terror hücumları ilə əlaqədar bəzi materiallar məxfilik sırasından çıxarılacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden fərman imzalayıb.
Qeyd edək ki, 2001-ci il sentyabr ayının 11-də Əl-Qaidə terror təşkilatı tərəfindən qaçırılan təyyarələrdən biri Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə, digəri Pentaqonun binasına çırpılıb. Terror aktı nəticəsində 3000-ə yaxın şəxs həlak olub./Modern.az Sezar pizza
Telegram kanalımız