Rusiyada azyaşlı qız bina girişində ona təcavüz etməyə cəhd edən şəxsin əlindən qaçaraq xilas olub.
Yenisabah.az xəbər verir ki, hadisə Tümen vilayətinin Nijnevartovsk şəhərində baş verib. Həmin anlar binanın təhlükəsizlik kameraları tərəfindən saniyəbəsaniyə qeydə alınıb. Binanın əsas qapısını açıb dəhlizə girən manyak 11 yaşlı qızı təqib etməyə başlayıb. Bir müddət sonra qıza hücum edib. Azyaşlı isə müqavimət göstərib, binanın qapısını açaraq qaçıb. Təcavüzkarın bir müddət sonra hadisə yerindən uzaqlaşdığı məlum olub. Uşaq isə evinə qayıdaraq baş verənləri ailəsinə danışıb.
Qeyd edək ki, polis kadrların əks olunduğu görüntünü alaraq cinayətkarı axtarmağa başlayıb. Bununla yanaşı uşaq psixoqların nəzarətinə verilib. Mediaya təqdim olunan istismar görüntüləri Rusiyada böyük reaksiyaya səbəb olub. Toyuqlu pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız