11 yaşlı Rasimin axtarışı Biləsuvarda da aparılır

saytların hazırlanması

Evə çatdırılma

11 yaşlı Rasimin axtarışı Biləsuvarda da aparılır

Hadisə

27 Fevral 2024 21:27 976


İmişli rayonunda kanalda batması ehtimal olunan yeniyetmənin axtarışı Cənub-Muğan kanalının Biləsuvardan keçən hissəsində davam edir.

"Report"un Muğan bürosunun məlumatına görə, bu gün həmin kanalda FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri və yerli sakinlər axtarış tədbirləri aparıblar.

Belə ki, dalğıc-xilasediciləri Araz çayından ayrılan qolun, həmin istiqamətdən keçən körpünün altında yığılıb-qalan sularda axtarış tədbirlərini davam etdirirlər. pizza hut

Qeyd edək ki, ötən ilin dekabr ayının 26 - da İmişli rayonu Qaragüvəndikli kəndində Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bir neçə istiqamətdə davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!