İngiltərədə 11 yaşlı Tommi Li Qrasie adlı uşaq “TikTok”da “Chroming Challenge” trendinə qoşulmaq üçün təhlükəli qaz udub və ölüb.
Yenisabah.az xəbər verir ki, Tomminin nənəsi nəvəsinin trendə qoşulmaq üçün dostunun evində olduğunu deyib.
“TikTok”da təhlükəli həddə çatan “Chroming Challenge” insanların boyalar, həlledicilər, sprey qutuları, təmizləyici məhsullar və ya neft kimi zəhərli kimyəvi maddələri içinə çəkməsidir. Dominos pizza
Tənəffüs yolu ilə alınan bu maddələr çox istifadə edildikdə mərkəzi sinir sisteminə təsir edir və beyin fəaliyyətini ləngidir, qısa müddətli “uyuşma effekti” yaradır. Bu trend insanlarda nitq pozğunluğu, başgicəllənmə, ürəkbulanma və müvazinəti itiməyə səbəb ola, eyni zamanda, infarkt və ya boğulma ilə nəticələnə bilər.
Trendə qoşularaq zəhərli qazı içinə çəkən Tomminin ürəyi dayanıb. Evə gələn təcili tibbi yardım maşınında xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
“TikTok” sözçüsü “Chroming Challenge”in “TikTok”a xas trend olduğuna dair heç bir sübut olmadığını açıqlayıb.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.
Əsmətxanım
Telegram kanalımız