118 nəfər imtahana getmədi

saytların hazırlanması

Evə çatdırılma

118 nəfər imtahana getmədi

Sosial

28 Fevral 2019 20:40 850


Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.

Mərkəzdən "Yeni Sabah"a verilən məlumata görə, 2019-cu il fevralın 24-də keçirilən imtahanda iştirak etmək üçün 12684 bakalavr qeydiyyatdan keçib və onlardan 118 nəfəri (qeydiyyatdan keçənlərin 0.93%-i) imtahana gəlməyib. 2017 və 2018-ci illərdə isə imtahanda iştirak etmək üçün müvafiq olaraq qeydiyyatdan keçən 13081 və 12387 nəfərin 109 (0.83%) və 146-sı (1.18%) imtahana gəlməyib.

2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq, görərik ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı, demək olar ki, son üç ildəkindən təxminən 2 dəfə çox olub.  pizza mizza

Bu il imtahan iştirakçılarının 5434-ü (43.32%) oğlan, 7111-i (56.68%) qız olub. Ötən il də demək olar ki, eyni mənzərənin şahidi oluruq. 2018-ci ildə imtahanda iştirak edənlərin 42.79%-ni (5238 nəfər) oğlanlar, 57.21%-ni (7003 nəfər) isə qızlar təşkil edib.

2018-ci ildə olduğu kimi, bu il də qızlar oğlanlara nisbətən imtahanda daha yaxşı nəticə göstəriblər. 2018-ci və 2019-cu illərdə qızların müvafiq olaraq 55.53% və 55.28%-i, oğlanların isə müvafiq olaraq 44.47% və 44.72%-i imtahanda ən azı 50 bal toplayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!