12-ci mərtəbədən yıxılan 10 yaşlı uşaq sağ qalıb.
Yenisabah.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, oktyabrın 1-də Xırdalanda baş vermiş hadisə barədə babası danışıb.
Uşağın valideynləri həmin vaxt evdə olmayıb. Anasının gəldiyini görmək üçün eyvana çıxan azyaşlı müvazinətini itirərək 12-ci mərtəbədən yerə yıxılıb. Qonşuların səyi ilə xəstəxanaya yerləşdirilən uşaq 14 gün komada qaldıqdan sonra huşu qayıdıb. Marqarita pizza
Abşeron rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Məzahir Süleymanov bildirib ki, 14 gün ərzində tibb müəssisəsində müalicəsi aparılan azyaşlı artıq həyati təhlükə yaradan digər risklərdən də xilas edilib.
Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən uşağın müalicəsi tibb müəssisənin neyrotravma şöbəsində davam etdirilir.
Telegram kanalımız