12 inək oğurlayan qəssab saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

12 inək oğurlayan qəssab saxlanıldı - Foto

Kriminal

11 İyul 2020 10:14 687


Ağsu Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onlara məxsus ümumilikdə 12 baş iribuynuzlu mal-qaranın müxtəlif vaxtlarda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, daxil olanmüraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Məmmədov saxlanılıb. 

O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanlardan 10 başı götürülərək sahiblərinə qaytarılıb. Rayonda qəssablıq fəaliyyəti ilə məşğul olan F.Məmmədov 2 inəyi kəsərək satdığını bildirib. Marqarita pizza

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!