12 minlik qızıl əşyaları oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

12 minlik qızıl əşyaları oğurlandı

Kriminal

26 Aprel 2019 22:12 1042


İmişlidə silsilə oğurluq edən rayon sakinləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, fevralın 8-də İmişli rayonu Məcrəli kənd sakini Surət Şahbazlı RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 12 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakinləri, əvvəllər məhkum olunmuş Azər Əliyev və İsmayıl İsmayılzadə saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər və oğurlanan qızıl-zinət əşyalarının müəyyən bir qismi maddi sübut kimi götürülüb. Dominos pizza

Ətraflarında aparılan araşdırmalar nəticəsində A.Əliyevin və İ.İsmayılzadənin digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 12 baş xırdabuynuzlu heyvan və avtomobildən 400 manat pul oğurladıqları məlum olub.

Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!