12 şəhər və rayonda 500 əlilə biznes imkanı yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

12 şəhər və rayonda 500 əlilə biznes imkanı yaradılacaq

Sosial

04 May 2020 17:13 861


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulması işləri davam edir. 

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, layihə əsasında Zaqatalada rayonunda da bu kateqoriyadan olan bir qrup əlilliyi olan şəxsə arıçılıq üzrə kiçik bizneslərini yaratmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) təqdim edilib. Bundan əvvəl isə layihə çərçivəsində Şəmkir rayonunda əlilliyi olan şəxslərə aktivlər verilib. 

Qeyd edək ki, ümumilikdə layihə pilot olaraq müəyyən edilmiş 12 şəhər və rayonda 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şərait yaradılmasını nəzərdə tutur.  pizza hut

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!