12 və 13 yaşlı bacılara təcavüz edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

12 və 13 yaşlı bacılara təcavüz edənlər saxlanıldı

Kriminal

08 Aprel 2021 16:28 905


Bakıda iki yeniyetmə bacı ilə qeyri-təbii yolla cinsi əlaqədə olan iki nəfər tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Xəzər rayonunda yaşayan, 2006 və 2007-ci il təvəllüdlü 2 bacının anası polisə müraciət edərək məlumat verib. O bildirib ki, 2019-cu ilin iyun ayında rayondakı qəsəbələrdən birində 47 yaşlı Ş. və 29 yaşlı R. onun qızları ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin zaman qızlardan birinin 12, digərinin 13 yaşı olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət işi başlanılıb. pizza

Hadisəni törətməkdə şübhəli bilinən, adlarını açıqlamadığımız şəxslər tutulublar.

Araşdırma davam etdirilir. (qafqazinfo)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!