Türkiyədə özünü “Usşaki” təriqətinin lideri olaraq Fatih Nurullah kimi tanıdan Eyyub Fatih Şahbağdanın 42 il azadlıqdan məhrum edilməsi tələb olunur.
Yenisabah.az xəbər verir ki, E.Fatih təcavüz etdiyi 12 yaşlı qızın valideynlərinin şikayətçi olmamaları üçün dəfələrlə onlarla danışıb və bütün bunlar zərərçəkmiş tərəfdən qeydə alınaraq polisə təhvil verilib.
Həmin səs yazıları da istintaq materiallarına əlavə edilib. Səs yazılarında saxta şeyxin qarşı tərəfə pul təklif etdiyi də qeydə alınıb. pizza sifarişi
Moderator.az yazır ki, məsələylə bağlı ölkənin Dəyanət İşləri Nazirliyi də açıqlama verib və cinayətkarın cəzalandırılacağını bildirib:
“Övladlarımızdan birinin istismara məruz qaldığını və bunun mediada işıqlandırıldığını diqqətlə izləyirik. Qısa müddətdə bu iş araşdırılacaq və cinayətkar ən ağır şəkildə cəzalandırılacaq. Tanrının bizə əmanət etdiyi ən qiymətli övladlarımızı təhlükəsiz və dinc mühitdə böyütməyi və qorumağı özümüzə borc bilirik. Ona görə də uşaqlarımıza qarşı bu cür çirkin addımlar atmağa cəhd edən adamlarla mübarizə aparmaq əsas işimizdir. Hər kəsi dinimizi, dəyərlərimiz və uşaqlarımızı istismardan qorumaq üçün məsuliyyətli olmağa dəvət edirik”.
Telegram kanalımız