125 min uşağın birinci sinfə qəbulu tamamlandı

saytların hazırlanması

Evə çatdırılma

125 min uşağın birinci sinfə qəbulu tamamlandı

Sosial

12 Avqust 2025 14:07 229


Yeni tədris ili üzrə 60 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir. Toyuqlu pizza

Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Prosesə iyulun 8-də start verilib, sentyabrın 30-na qədər davam edəcək.

Eyni zamanda, 125 min uşağın birinci sinfə qəbulu tamamlanıb.

Proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib.

2025-2026-ci tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul prosesinə mayın 6-da start verilib və sentyabrın 12-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!