126 illik ənənə bitirildi

saytların hazırlanması

Evə çatdırılma

126 illik ənənə bitirildi

İdman

24 Dekabr 2024 17:13 682


İspaniyanın Bask bölgəsinin komandası olan “Atletik Bilbao” 126 illik ənənəsini bitirib: klub aşağı yaş qruplarına qeyri-bask uşaqları da götürəcək.

Yenisabah.az xəbər verir ki, bu qərar komandanın uşaq komandalarına edilən çoxsayılı müraciətlərdən sonra çıxarılıb. Lakin həmin gənc futbolçular əsas komandaya cəlb edilməyəcək.

“Atletik Bilbao” yarandığın gündən bəri sadəcə etnik olaraq bask futbolçulardan təşkil olunub. Klub 126 illik tarixi ərzində 8 dəfə La Liqa və 24 dəfə Kral kubokunu qazanıb. Kollektiv “Barselona” və “Real Madrid”lə birlikdə heç vaxt əsas liqadan düşməyən 3 klubdan biridir. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!