13 hakim korrupsiyaya görə işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

13 hakim korrupsiyaya görə işdən çıxarıldı

Maraqlı

13 İyun 2022 18:00 1212


Ötən dövrdə korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasında keçirilən iclasda bildirilib.

İclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib. Toyuqlu pizza

Bundan əlavə, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!