13 ölkəyə BRICS-in tərəfdaşı statusu verildi

saytların hazırlanması

Evə çatdırılma

13 ölkəyə BRICS-in tərəfdaşı statusu verildi

Siyasət

25 Oktyabr 2024 01:17 732


13 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə kommersant.ru məlumat yayıb.

Məlumata görə, BRICS iştirakçıları tərəfdaş dövlətlər üçün meyarlar barədə razılığa gəliblər. Dominos pizza

Beləliklə də, Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnama tərəfdaş statusu verilib.

Xatırladaq ki, oktyabrın 22-dən 24-dək Kazanda Rusiyanın sədrliyi ilə XVI BRICS Sammiti keçirilir.

Qrup 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2011-ci ildə Cənubi Afrika Respublikası, 2024-cü il yanvarın 1-də isə Misir, İran, BƏƏ və Efiopiya birliyə üzv olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!