13 yaşlı oğlunu bıçaqlayan ata hakim qarşısında 

saytların hazırlanması

Evə çatdırılma

13 yaşlı oğlunu bıçaqlayan ata hakim qarşısında 

Kriminal

15 May 2020 09:06 737


Sabunçu rayonunda 13 yaşlı oğlunu bıçaqlayan atanın məhkəməsi başlayır. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağıq zərər vurma- xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən Rəhimov Vaqif Tapdıq oğlunun cinayət işinin ibtidai istintaqı yekunlaşdıqdan sonra baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. Cinayət işində zərərçəkən qismində Vaqif Rəhimovun oğlu F.Rəhimli tanınıb.  Dördpendirli pizza

İttiham aktına görə, hadisə bu ilin fevral ayının 5-də qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü F.Rəhimli bıçaqlandığı üçün yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Ona qarnın kəsilmiş yarası diaqnozu qoyulub. Ilkin dindirmələr zamanı məlum olub ki, 13 yaşlı azyaşlını atası hər dəfə spirtli içki qəbul etdikdən sonra ona əzab verən hərəkətlər edirmiş.

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!