13 yaşlı türk şahmatçıdan yeni rekord

saytların hazırlanması

Evə çatdırılma

13 yaşlı türk şahmatçıdan yeni rekord

İdman

02 Oktyabr 2024 13:42 608


Türkiyəli yeniyetmə şahmatçı Yağız Kaan Ərdoğmuş yeni rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, o, FIDE reytinq sıralamasında 2600 Elo xalı əldə edən ən gənc idmançı kimi tarixə düşüb.

Dünyanın ən gənç Böyük Ustası (Qrandmaster) statusuna malik Yağız Kaan Ərdoğmuş bu rekordla “şahmat dahiləri klubu”na da seçilib. Şahmat ulduzunun yaxın gələcəkdə dünyanın ən yaxşı şahmatçısı olacağı istisna edilmir.  Dominos pizza

Gənc ulduz daha öncə dünyanın ən yaxşı şahmatçısı hesab olunan Maqnus Karlseni də mat etməyi bacarıb. Karlsen Ərdoğmuşla matçdan sonra “dünyanın ən yaxşısı artıq odur” ifadəsini işlədib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!