“130 milyon dollarlıq təyyarələr xarab çıxdı və işə yaramadı” -   Erməni hüquq müdafiəçisi

saytların hazırlanması

Evə çatdırılma

“130 milyon dollarlıq təyyarələr xarab çıxdı və işə yaramadı” - Erməni hüquq müdafiəçisi

Hadisə

20 Noyabr 2020 17:52 1676


"Ermənistanın hərbi büdcəsindən 130 milyon dolları ona görə xərclədilər ki, Nikol Paşinyan 2 dəfə selfi çəksin".

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın hüquq müdafiəçisi Aqasi Yenokyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, 130 milyon dollar xərcləyərək 2 ədəd Su-30 hərbi təyyarəsi aldılar: "Lakin bu təyyarələr xarab çıxdı və işə yaramadı. Deməli, bu təyyarələr ona görə alınmışdı ki, baş nazir Nikol Paşinyan onlardan birinə minib selfi çəkdirsin". Marqarita pizza

Hüquq müdafiəçisi onu da nəzərə çatdırıb ki, Ermənistan oliqarxlarının evlərinin qiyməti 3 milyon dallardan az deyil: "Qoy onlar evlərini satıb normal silah alsınlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!