1300-dən çox müəllim testdən keçirildi

saytların hazırlanması

Evə çatdırılma

1300-dən çox müəllim testdən keçirildi

Sosial

24 İyun 2025 14:18 271


Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün Bakıdakı ümumi təhsil müəssisələrində çalışan 1 334 təhsilverən (779 biologiya, 555 kimya) sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.

Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmə rəhbərləri imtahan mərkəzində olub, sertifikatlaşdırma imtahanlarının gedişini izləyiblər. Sezar pizza

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18, 19, 20, 24 və 25 iyun tarixlərində Bakı şəhəri üzrə 9 imtahan mərkəzində təşkil edilir.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!