Futbol üzrə Ukrayna milli komandasının 2006-cı ildə Kiyevdə Azərbaycanla keçirdiyi matç oyunçuların yaddaşına əbədi həkk olunub.
Yenisabah.az xəbər verir ki, Ukrayna millisinin sabiq futbolçusu Oleq Qusev komandasının 6:0 hesabı ilə qalib gəldiyi matçı yenə xatırlayıb.
Futbolçu zbirna.com saytına verdiyi müsahibədə belə deyib: “Dünya çempiontından sonra hər hansı ciddi dəyişiklik olmadı. Komanda daha da mehribanlaşdı, məşqçilər də qaldı, tələblər də dəyişmədi. Hər şey sabit idi. Avqustda biz Azərbaycanla yoxlama oyunu keçirdik və o dövr üçün ən böyük hesablı qələbəmizi (6:0) qazandıq. Mən də bu görüşün iştirakçısı idim. Künc zərbəsindən sonra topu başla boş qapıya göndərdim”. pizza sifarişi
Telegram kanalımız