Türkiyənin "TRT Haber" nəşri Kahramanmaraş bölgəsində zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında axtarış-xilasetmə işlərində iştirak edən azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov barədə məqalə dərc edib.
Modern.az xəbər verir ki, məqalədə Azərbaycandan Türkiyəyə gedən Ceyhun Xəlilovun özü ilə gətirdiyi xüsusi aparat vasitəsilə 14 nəfərin xilas olmasında birbaşa iştirak etdiyi qeyd olunub.
Nəşrə açıqlamasında o, Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini, Türkiyədə xilasetmə üzrə təhsil aldığını bildirib. Toyuqlu pizza
Xilasedici Türkiyədə zəlzələ baş verəndən sonra qurumlardan qısa müddətdə müsbət cavab ala bilmədiyini, buna görə də öz imkanları ilə Türkiyəyə yola düşdüyünü bildirib. O qeyd edib ki, uçuşların ləğvi səbəbindən bir gecə hava limanında yatıb və çata bildiyi təyyarə ilə Ankaraya gəlib. Ceyhun Xəlilov fevralın 8-də Kahramanmaraşda axtarış-xiasletmə işlərinə başlayıb.
Ceyhun Xəlilov deyib ki, istifadə etdiyi cihaz dağıntı altını görüntüləmə xüsusiyyətlərinə malikdir. Onun sözlərinə görə, iki kamera və akustik səs yazıcıdan ibarət sistem dağıntılar altındakı vəziyyəti göstərə və qarşılıqlı əlaqə imkanı yarada bilir.
“Türkiyənin kədəri kədərimiz, sevinci isə sevincimizdir. Çox təəssüf edirəm, səbr diləyirəm. Əlimizdən gələni edirik, yanınızdayıq, biz sona qədər buradayıq”, - deyə o qeyd edib.
Telegram kanalımız