“Harri Poter” filmində Lavanda Braun rolu ilə tanınan aktrisa Ceysi Keyv uşaq vaxtı təcavüzə məruz qalması barədə danışıb.
Yenisabah.az xəbər verir ki, aktrisa 14 yaşında tennis məşqçisi tərəfindən ona təcavüz olunduğunu bildirib:
“Üzdəki sızanaqlar pisdi, ancaq hesab edirəm ki, 14 yaşında təcavüzə məruz qalmaq dəhşətdir. Özü də bunu etimad etdiyin tennis məşqçisi edərsə”. pizza hut
33 yaşlı aktrisa bu gün də həmin hadisəni unutmadığını deyib:
“19 il keçsə də, hələ də o hadisəni yaddaşımdan silə bilmirəm”.
Telegram kanalımız