14 yaşlı qızı kim qaçırıb? - Polisdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

14 yaşlı qızı kim qaçırıb? - Polisdən açıqlama

Hadisə

14 Sentyabr 2023 12:48 709


Daxili İşlər Nazirliyi 14 yaşlı qızın evlənmək məqsədilə Masallıya qaçırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yenisabah.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı idddia olunan 14 yaşlı yeniyetmə qızın Masallı rayonunda qohumunun evində olması müəyyən olunub. Onun ailəsinə təhvil verilməsi təmin edilib. Araşdırmalarla onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!