1993 ildə Azərbaycanda siyasi, sosial və iqtisadi vəziyyət son dərəcə gərginləşmişdi. Cəbhədəki uğursuzluqlar, hakimiyyətdəki qruplaşmalar aradındakı mübarizələr, idarəçilik təcrübəsi olmayan adamların vəzifələrə gətirilməsi Azərbaycanın müstəqilliyi üçün böyük təhlükə yaratmağa başlamışdı.
Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclənməsini istəməyən xarici qüvvələr, Qarabağ ətrafında baş verən hadisələr, hakimiyyətdə olan AXC və Müsavat birliyinin səriştəsizliyi əhalinin güzarınına, sosial durumuna çox pis təsir göstərmişdi.
Ölkə daxilində yeni separatçı qüvvələr baş qaldırır, şimaldan və cənubdan ölkəni parçalamağa çalışırdı. Belə vəziyyət xalqın hakimiyyətdəki qüvvələrə inamı və etibarı sarsılmışdı. Qarabağ cəbhəsində ayrı ayrı şəxşlərə tabe olan hərbi qüvvələr də hakimiyyət mübarizəsinə cəlb olunmuşdu. Dominos pizza
İqtidarın bacarıqsız fəaliyyətinin son həddi Sürət Hüseynovun Gəncədəki qiyamı oldu. Onun hakimiyyət iddiası və hakimiyyətin absurd qərarları Gəncədə qan tökülməsinə gətirib çıxartdı. Azərbaycan tam olaraq silahlı hakimiyyət çevrilişi ilə üzbə üz qaldı. Vəziyyəti daha da gərginləşdirən Sürət Hüseynova tabe hərbi qüvvələrin Bakı ətrafına yerləşməsi oldu.
Belə bir zamanda Azərbaycandakı bütün ictimai qruplar, ziyalılar, safə xalq təkidlə Azərbaycanı bu vəziyyətdən yalnız Heydər Əliyevin qurtara biləcəyini bildirirdilər. Hakimiyyət hər vasitə ilə buna mane olmağa çalışsa da xalqın tələbinə təslim olmağa məcbur oldu.
Heydər Əliyev iyun ayının 9 da xalqın və hakimiyyətin dəvətilə Bakıya gəldi. Vətənini və xalqını çox sevən Heydər Əliyev həyatını təhlükəyə ataraq ilk olaraq Gəncəyə getdi, qiyamçılarla danışıqlar apararaq problemin həllinə nail oldu.
Bundan sonra baş verən hadisələrin gedişatı Heydər Əliyevi Prezident səlahiyyətlərinin də icrasını öz üzərinə götürməsinə səbəb oldu. Qısa bir zaman ərzində ölkə daxilində separatçılığa son qoyaraq sabitliyə nail oldu. Orduda ciddi nizam intizam yaradaraq şəxsi batalyonları ləğv etdi. Vahid komandanlıq əsasında ordu qruculuğu yeniləndi. 1993 cü ildə Prezident seçilən Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi uğrunda böyük işlər görməyə başladı. 1994 ildə Bişkek sammitində Qarabağ müharibəsində atəşkəsə nail olaraq dövlət quruculuğunda, ölkənin iqtisadi vəziyyətinin inkişafı yolunda böyük uğurlar qazandı. Buna Əsrin müqaviləsini, Qədim İpək Yolu Traseka layihəsini, Bakı Tbilisi Ceyhan neft kəməri layihəsinin 1999-cu ildə imzalanması, və sairə misal göstərmək olar. İstər dövlət quruculuğunda, istər siyasi fəaliyyətində, istər iqtisadi, istər ordu quruculuğunda, istərsə də mədəni quruculuqda əldə olunan uğurlar Azərbaycanın beynəlxalq nüfuzunu xeyli qaldırmışdı.
Rəhbər olan şəxsdə həm liderlik həm də yüksək idarəetmə bacarağının olması vacib şərtdir. Heydər Əliyev özündə bu iki şərti özündə cəmləşdirən tarixdə nadir istedadlı şəxslərdən biri olmuşdur. Məhz onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanın məhv olma təhlükəsindən reqionun ən inkişaf etmiş dövlətə çevrilməsi, xalqın ona olan inamının nə qədər düzgün olduğunu sübut etdi. Eyni zamanda Heydər Əliyevin də Azərbaycanı düşdüyü vəziyyətdən çıxara biləcək yeganə şəxs olduğunu sübut etdi.
Haqlı olaraq Azərbaycan Milli Məclisi 1997-ci ildə 15 iyunu təqvimdə Milli Qurtuluş günü kimi qeyd olunması haqqında qərar qəbul etdi. Xalq öz xilaskarına layiqincə qiymətləndirmiş ona Ümummilli Lider, Ulu Öndər adları vermişdir.
Ömür daha böyük uğurlara imza atmağa imkan verməsə də Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən Müharibəsində Qarabağda itirilmiş torpaqlarımızı geri qaytararaq Heydər Əliyev yolunun nə qədər düzgün olduğunu bir daha sübut etmişdir.
Elçin Həsənov
Telegram kanalımız