150 milyon oğurlayan türk iş adamı Albaniyada həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

150 milyon oğurlayan türk iş adamı Albaniyada həbs edildi

Kriminal

30 Avqust 2022 14:15 1019


"Thodex"in qurucusu Fatih Özer Albaniyada həbs edilib.

Yenisabah.az "Haber Global"a istinadla xəbər verir ki, alban polisi "Interpol" tərəfindən qırmızı bülletenlə axtarılan "Thodex" kriptolvalyuta şirkətinin rəhbəri Fatih Özeri Vlora şəhərində ələ keçirdiyini bildirib.

Xatırladaq ki, 2017-ci ldə qurulan şirkətə qarşı 2021-ci ilin aprel ayında başladılan istintaq çərçivəsində, F. Özer şirkətin 390 min üzvündən toplanan 2 milyard dolları mənimsəyərək Albaniyaya qaçmışdı. pizza

Daha sonra polisin rəsmi məlumatlarında qeyd olunmuşdu ki, o, 2 milyard deyil, sadəcə 150 milyon dollarla ölkədən qaçıb. F. Özer 23 aprel 2021- ci ildə "Interpol" tərəfindən qırmızı bülletenlə axtarışda idi.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!