158 mindən çox əməkdaşın evdən çıxma icazəsi təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

158 mindən çox əməkdaşın evdən çıxma icazəsi təsdiqləndi

Sosial

04 Aprel 2020 07:50 1287


Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciət edilməsinin ilk günü arxada qalıb.

“Yeni Sabah” bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

O xatırladıb ki, proses aprelin 3-də saat 10:00-da başlayıb. İlk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib. Pepperoni pizza

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirib", - deyə məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!