16 kisə kartof oğurlayan keçmiş məhkum tutuldu

saytların hazırlanması

Evə çatdırılma

16 kisə kartof oğurlayan keçmiş məhkum tutuldu

Kriminal

31 Yanvar 2022 11:02 747


Tovuz Rayon Polis Şöbəsinə yanvarın 28-nə keçən gecə M.Musayev küçəsində Qazıqulu kənd sakini Q.Böyükkişiyevə məxsus “KamAZ” markalı avtomobildən 1280 manat dəyərində 16 kisə kartofun oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumatda bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş C.Həsənov müəyyən edilərək saxlanıllb.  pizza

Rəsmi məlumata görə, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!