Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.
"Yeni Sabah" bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Vəfat edən qız rayonun Həsənli kənd sakini 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızıdır. Yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.
Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib. Sezar pizza
Masallı Rayon Prokurorluğundan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, mərhum qızın 16 yaşı olub: “Qız toyu olan vaxt bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik”.
Telegram kanalımız