16 yaşlı qızı qaçırmaqda ittiham olunan axund vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

16 yaşlı qızı qaçırmaqda ittiham olunan axund vəzifəsindən azad edildi

Sosial

24 İyun 2025 22:52 713


Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli qərarı ilə təsdiqlənmiş "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nın 8.1.9-cu bəndinə əsasən verilib. Marqarita pizza

Həmin bəndə görə, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə və din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdikdə, vəzifəsindən uzaqlaşdırıla bilər.

Xatırladaq ki, Turab Tahirovun adı 16 yaşlı qızın qaçırılması ilə bağlı iddialarda hallandırılırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!