16 yaşlı qızın başını kəsən nişanlısı imiş

saytların hazırlanması

Evə çatdırılma

16 yaşlı qızın başını kəsən nişanlısı imiş

Kriminal

20 Oktyabr 2022 13:22 1296


Abşeronda nişanlısını qətlə yetirən şəxs tutulub.

Yenisabah.az xəbər verir ki, oktyabrın 20-si Hökməli qəsəbəsində 2006-cı il təvəllüdlü A.N. (ad şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Toyuqlu pizza

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!