Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.
O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi Bakı Olimpiya Stadionundan paylaşdığı videonun üzərində qeyd edib: Pepperoni pizza
"Artan qlobal gərginliklər və münaqişələr fonunda Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır. Dünyanın hər yerindən iştirakçıları bir araya gətirən WUF13 rəsmi olaraq öz işinə başlamışdır".
Telegram kanalımız