Pensiyaçılara ŞAD XƏBƏR - Endirim ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaçılara ŞAD XƏBƏR - Endirim ediləcək

Sosial

18 May 2026 13:41 293


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Sosial Tərəfdaş” layihəsi çərçivəsində həssas əhali qruplarına, xüsusilə də yaşa, əlilliyə, ailə başçısını itirdiyinə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, kompensasiya və ünvanlı dövlət sosial yardım alan şəxslərə ölkə üzrə seçilmiş marketlər, apteklər və klinikalarda (seçilmiş müəssisələrin siyahısı sosialterefdash.az saytında qeyd edilmişdir) xüsusi endirim imkanları təqdim olunur.

“Yeni Sabah” xəbər verir ki, layihənin əsas məqsədi bu əhali qruplarının gündəlik xərclərinin azalmasına dəstək olmaqla yanaşı, onların sosial rifahının yüksəldilməsinə xidmət etməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinin “mygov” platformasına inteqrasiyası çərçivəsində sözügedən xüsusi endirim barkodu da tətbiqə əlavə edilib.Artıq vətəndaşlar “e-Sosial” xidmətlərindən, o cümlədən “Sosial Tərəfdaş” pensiyaçı endirim  barkodundan - “mygov” mobil tətbiqi vasitəsi ilə yararlana bilərlər. Sezar pizza

Endirimlərdən yararlanmaq üçün vətəndaşların “mygov” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməyi və tətbiqdə görünən “Sosial Tərəfdaş” pensiyaçı barkodunu ödənişdən əvvəl kassada təqdim etməyi kifayətdir. “mygov” platforması artıq bütün dövlət xidmətlərini bir mərkəzdə birləşdirən  vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.

“mygov” mobil tətbiqini keçid vasitəsilə yükləyə bilərsiniz.

Layihənin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:

İnstaqram

-  Sayt

-  Facebook


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!