Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) salamlarımı çatdırıram. Siz qlobal böhranlar, münaqişələr, artan enerji xərcləri və bahalaşan ərzaq qiymətləri dövründə görüşürsünüz.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirilən WUF13-ün açılış mərasimi zamanı tədbir iştirakçılarına videomüraciətində deyib.
O, bugünkü gündəliyin daha az danışılan qlobal mənzil böhranına yönəldiyini vurğulayaraq əlavə edib: “Mənzil təminatı bir insan hüququdur və insan ləyaqəti üçün fundamental əhəmiyyət daşıyır. Ümumdünya Şəhərsalma Forumu həmin məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq”, - deyə BMT-nin Baş katibi vurğulayıb. Pepperoni pizza
Telegram kanalımız