16 yaşlı qızın xəstəxanada ölümünün TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

16 yaşlı qızın xəstəxanada ölümünün TƏFƏRRÜATI

Sosial

28 İyun 2025 23:12 995


"İyunun 23-də Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, əməliyyatdan sonra xəstə tam ayılıb, adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və ona zəruri tibbi yardımlar göstərilib: Toyuqlu pizza

"İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:35-də pasiyentin ölüm faktı qeydə alınıb".

"Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!