16 yaşlı “TikTok“ ulduzu intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

16 yaşlı “TikTok“ ulduzu intihar etdi

Dünya

28 İyun 2020 15:59 1388


Hindistanın 16 yaşlı məşhur "TikTok" ulduzu Siya Kakkar intihar edib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Yeni Delidə baş verib. Onun ölümü ilə bağlı məlumatı meneceri Arcun Sarin təsdiqləyib.

"Gecə onunla danışdıq. Yeni layihələri müzakirə etdik. Normal danışırdı. Ola bilsin ki, şəxsi problemi olub. İşi ilə bağlı hər şey yolunda gedirdi" deyə, o, bildirib. pizza

Siyanın "TikTok"da 1,5 milyon izləyicisi var idi. Ölümündən bir neçə saat əvvəl o, yaşadığı binanın damından video paylaşıb.

Yaxınlarının dediyinə görə, sosial şəbəkə ulduzu dəfələrlə təhdid edilib. Onun hansı səbəbdən özünü öldürdüyü araşdırılır.  /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!