Şənbə günü gecə Kabildə havaya açılan nizamsız atəş nəticəsində ən az 17 nəfər ölüb, 41 nəfər yaralanıb.
Yenisabah.az “TOLO News”a istinadla xəbər verir ki, yaralıların əksəriyyəti müxtəlif dərəcəli xəsarət alan mülki vətəndaşlar da daxil olmaqla paytaxt xəstəxanalarına yerləşdirilməyə davam edir.
Nizamsız atəş açmaya “Taliban”ın itaətsiz şimalındakı Pəncşir əyalətini hərəkatın nümayəndələri tərəfindən tamamilə ələ keçirilməsi xəbəri səbəb olub. pizza hut
Əyalətdəki milli müqavimət nümayəndələri, öz növbəsində, bu məlumatı təkzib ediblər.
“Taliban” nümayəndəsi Zəbihullah Mücahid öz “Twitter” səhifəsində hərəkat yaraqlılarını Kabildə atışları dayandırmağa çağırıb, çünki bu, yerli əhaliyə zərər verə bilər.
Telegram kanalımız