Almaniyada 17 yaşlı suriyalı gənc tramvayda gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Yenisabah.az xəbər verir ki, Suriyalı gəncə qarşı irqçi ifadələr istifadə edən şəxs əvvəlcə onun üzərinə tüpürüb, sonra isə onu təpikləyib. Hücum anı başqa bir sərnişin tərəfindən anbaan görüntüyə alınıb. Kadrlarda təcavüzkarın gəncə, "Bura mənim ölkəmdir. Haradan gəlmisən, oraya get", - dediyi eşidilir.
Alman ictimaiyyəti isə hücum görüntüləri çəkildiyi zaman hadisəyə heç kimin müdaxilə etməməsini tənqid edərək, "Əgər bu qədər etinasız olsaq, meydan təcavüzkarlara qalacaq", - deyib. Toyuqlu pizza
Erfurt polisi təcavüzkarın şəxsiyyətinin müəyyən edildiyini və onu tutmaq üçün səylərin davam etdiyini açıqlayıb.
Telegram kanalımız