17 yaşlı məzunun idarə etdiyi avtomobil mikroavtobusla toqquşdu, ölən və yaralılar var   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

17 yaşlı məzunun idarə etdiyi avtomobil mikroavtobusla toqquşdu, ölən və yaralılar var - Fotolar

Hadisə

15 İyun 2021 23:17 1288


Qax rayonunda ağır yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı mikroavtobusla toqquşub. pizza mizza

İlkin məlumata görə, qəza nəticəsində "Daewoo"nun sürücüsü C.Cəfərov ölüb, habelə daha 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, sürücü də daxil olmaqla, "Daewoo"dakı sərnişinlərin üçü də məzundur.

Fakt araşdırılır.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!