17 yaşlı oğlanı bacısının fotoları ilə şantaj etdilər

saytların hazırlanması

Evə çatdırılma

17 yaşlı oğlanı bacısının fotoları ilə şantaj etdilər

Maraqlı

27 Aprel 2023 16:14 982


Ağcabədidə polisə 17 yaşlı oğlanın şantajla üzləşməsi barədə müraciət daxil olub. 

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, polisə müraciət edən 1984-cü il təvəllüdlü Sədaqət Abbasov (bütün ad-soyadlar şərtidir - red.) oğlu, 2006-cı il təvəllüdlü Aslanın 2005-ci il təvəllüdlü Məhəmməd Mirzəyev tərəfindən şantaj edildiyini bildirib.

O şikayət ərizəsində qeyd edib ki, 18 yaşlı Məhəmməd onun qızının fotolarını əldə edib. Daha sonra oğlunu fotoları yaymaq hədəsi ilə şantaj etməyə başlayıb. Pepperoni pizza

Atanın iddiasına görə, həmin şəxs hədə-qorxu yolu ilə 17 yaşlı oğlandan 100 manat alıb.

Müraciətlə bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!